
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aparatının işçilərinin sayı artırılıb - FƏRMAN
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aparatının işçilərinin say həddi artırılıb.
NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin say həddinin müəyyən olunması və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 noyabr tarixli 376 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmana edilən dəyişikliklə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aparatının işçilərinin say həddi 98 ştat vahidi müəyyən edilib.