Çempionun son oyunu - "Araz-Naxçıvan" - "Zaqatala" - YENİLƏNƏCƏK - FOTO

Çempionun son oyunu - "Araz-Naxçıvan" - "Zaqatala" - YENİLƏNƏCƏK - FOTO

23 May 2023

Azərbaycan I Divizionunda "Araz-Naxçıvan” Naxçıvanda mərkəzi stadionda “Zaqatala” komandası ilə qarşılaşıb. 

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, çempionatın sonuna 3 tur qalmış çempionluğunu təmin edən Naxçıvan təmsilçisi "Zaqatala" ilə oyunda ilk hissəni 0:0 hesabı ilə başa vurub. Oyunun ikinci hissəsində hücumların kəsərini artıran "qırmızı-ağlar" hesabı 2:0 öz xeyirlərinə dəyişiblər. Oyun bu hesabla yekunlaşıb. Qolların müəllifi çempionatın ən sərrast futbolçusu Orxan Əliyev olub. Bununla da "Araz-Naxçıvan" I Divizionda çempionluğunu tam rəsmiləşdirib.

Matçı stadionda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, AFFA-nın prezidenti Rövnəq Abdullayev və muxtar respublika sakinləri izləyiblər.

Oyundan sonra "Araz-Naxçıvan"a doğma meydanda kubok və medallar təqdim edilib. Çempion komandaya mükafatları Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, AFFA-nın prezidenti Rövnəq Abdullayev və Naxçıvan Futbol Federasiyasının prezidenti Vüqar Abbasov təqdim ediblər.

Qeyd edək ki, hazırda stadionda Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Şükürov konsert proqramı ilə çıxış edir.