
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib
Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ilk iclası keçirilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
Rəşad Məcid qeyd edib ki, iclası Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev açıb:
"Administrasiyanın rəhbəri indiyə qədər Azərbaycanda imzalanan əfv sərəncamları barədə danışdı. Azərbaycan Prezidenti tərəfindən göstərilən humanizm aktlarının olduğunu dedi. Daha sonra iclasın gündəliyi açıqlandı. İclas çox məhsuldar keçdi və 100-dən artıq müraciətə baxıldı. Bunlar ağır cinayətlərlə və əsasən də ölüm işində təqsirləndirilən şəxslərin müraciətləri idi. Hər bir müraciət diqqətlə araşdırılıb. Həm Administrasiyanın müvafiq şöbələri, həm də hüquq-mühafizə orqanları tərəfindən verilən rəylər nəzərə alınaraq komissiya üzvlərinin fikirləri nəzərə alındı və səsvermə nəticəsində qərarlar qəbul edildi".