Bələdiyyə üzvləri tam tərkibdə seçilmədikdə onların yerinə əlavə seçkilər keçirilirmi ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Bələdiyyə üzvləri tam tərkibdə seçilmədikdə onların yerinə əlavə seçkilər keçirilirmi?
Cavab: bəli, bələdiyyə üzvləri tam tərkibdə seçilmədikdə yaxud onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə və bunun nəticəsində bələdiyyənin tərkibi 2/3 hissədən az olduqda Mərkəzi Seçki Komissiyasının qərarı ilə əlavə seçkilər keçirilir.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov