Azərbaycanda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiqlənib -

Azərbaycanda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiqlənib - SƏRƏNCAM

10 Oktyabr 2024

Azərbaycanda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiqlənib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Strategiya 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının səmərəli istifadəsi, idarə edilməsi və çirklənməsinin qarşısının alınması, dəniz suyunun duzsuzlaşdırılması, suvarma sistemlərinin modernləşdirilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə sahəsində tədbirləri nəzərdə tutur.