Azərbaycanda Dövlət İnvestisiya Proqramının tərtibi qaydaları yenilənib -

Azərbaycanda Dövlət İnvestisiya Proqramının tərtibi qaydaları yenilənib - FƏRMAN

20 Dekabr 2024

Prezident İlham Əliyev Dövlət investisiya proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, fərmana əsasən, "Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları” yenilənib.

Nazirlər Kabineti Proqrama daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi qaydasını iki ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi Qaydalarda qeyd olunan formaları iki ay müddətində təsdiq etməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Yeni qaydalar 2025-ci il aprelin 1-nə qədər tərtib olunmuş investisiya layihələrinə və onların qiymətləndirilməsinə şamil edilmir.

Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan tədbirlərin icrasının əlaqələndirilməsini və onların yerinə yetirilməsinə nəzarəti İqtisadiyyat Nazirliyi həyata keçirir.