Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcəklər
Azərbaycan və Türkiyə hərbi dəniz qüvvələri birgə hərbi təlim keçirəcəklər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Noyabrın 18-dən 29-dək davam edəcək təlimlərdə hər iki ölkənin sualtı hücum və sualtı müdafiə bölmələri iştirak edəcəklər. Təlimlər Aksaz/Muğlada keçiriləcək.
Bundan başqa, Aksaz bölgəsi Aralıq dənizində iki ölkənin iştirakı ilə hərbi hava qüvvələrinin təlimi də planlaşdırılır.