Azərbaycan Rumıniyaya yeni səfir təyin edib -

Azərbaycan Rumıniyaya yeni səfir təyin edib - SƏRƏNCAM

09 Dekabr 2023

Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.