Azərbaycan Ordusunun tank bölmələrində yarış keçirilib -

Azərbaycan Ordusunun tank bölmələrində yarış keçirilib - VİDEO

23 Aprel 2024

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələrinin şəxsi heyəti arasında yarış keçirilib.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilb ki, yarış zamanı bölmələrdə şəxsi heyətin fiziki hazırlığı yoxlanılıb, zirehli texnikanın ştat silahlarının təyin olunmuş vaxt ərzində sökülüb-yığılması, eləcə də digər tapşırıqlar üzrə normativlər qəbul edilib.

Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların fərdi bacarıqlarının inkişaf etdirilməsi, o cümlədən döyüş vərdişlərinin təkmilləşdirilməsidir.

Mənsurə Hümbətova