Azərbaycan ADB ilə şəhərsalma sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan ADB ilə şəhərsalma sahəsində əməkdaşlığı genişləndirir

13 Fevral 2025

Azərbaycan Asiya İnkişaf Bankının (ADB) ilə “yaşıl” infrastrukturun təşviqi, binaların enerji səmərəliliyi və ümumilikdə şəhərsalma sahəsinin inkişafı istiqamətlərində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, bu barədə müzakirələr komitənin sədri Anar Quliyevlə ADB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal ilə görüşündə aparılıb.

A.Quliyev ADB-nin dəstəyi ilə həyata keçirilən Milli Şəhər Qiymətləndirməsinin və BIM texnologiyalarının tətbiqi üzrə aparılan işlərin önəminə toxunub.

Komitənin ADB ilə Azərbaycanda davamlı şəhər iqtisadiyyatı, “yaşıl” infrastrukturun təşviqi, binaların enerji səmərəliliyi və ümumilikdə şəhərsalma sahəsinin inkişafı istiqamətlərində əməkdaşlığın genişləndirilməsində marağını ifadə edib.

Tərəflər həmçinin cari və perspektiv layihələri, beynəlxalq təcrübə mübadiləsi imkanlarını, habelə innovasiyaların tətbiqi məsələlərini müzakirə ediblər.
Sonda A.Quliyev qonağı 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) dəvət edib