ANAMA minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb

ANAMA minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb

01 Mart 2024

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə ANAMA-dan bildirilib ki, azad olunan ərazilərdə fevral ayı ərzində 159 tank əleyhinə mina, 437 piyada əleyhinə mina, 1941 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 4562.6 hektar ərazi minalardan təmizlənib.

Mənsurə Hümbətova