Şərur rayonunda oğurluq edən iki nəfər həbs edilib

Şərur rayonunda oğurluq edən iki nəfər həbs edilib

28 Fevral 2025

Şərur rayonu ərazisində yerləşən evlərin birindən ümumilikdə 8000 manatlıq nağd pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Şərur Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübəli bilinən, əvvəllər məhkum olunmuş Sərxan Tahirov və Emin İbrahimov saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. S.Tahirov və E.İbrahimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.