Mülki məhkəmə icraatında dövlət rüsumu hansı hallarda ödənilir? -

Mülki məhkəmə icraatında dövlət rüsumu hansı hallarda ödənilir? - HÜQUQ MƏSLƏHƏTİ

07 İyun 2024

Sual: Mülki məhkəmə icraatında dövlət rüsumu hansı hallarda ödənilir? 

Cavab: Aşağıdakı hallarda ödənilir:

1. iddia ərizəsi verildikdə;

2. iddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslər işə qoşulmaq barədə ərizə verdikdə;

3. xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə;

4. məhkəmə əmri haqqında ərizə verildikdə;

5. müvəqqəti təminat tədbiri barədə ərizə verildikdə (arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizələr istisna olmaqla); 

6. iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə;

7. apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə;

8. qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizə verildikdə;

9. məhkəmə aktlarının surətləri təkrarən verildikdə;

10. arbitraja münasibətdə yardım və nəzarət funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizələr verildikdə; 

11. müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizələr verildikdə;

12. arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizələr verildikdə;

13. yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizələr verildikdə;

14. xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizələr verildikdə.

Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir

Dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. 

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi,ədliyyə müşaviri - Səttar Əsgərov