
Cabbar Musayev Tumbulda vətəndaş qəbulu keçirəcək
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev 8 yanvar 2025-ci il tarixdə Naxçıvan Şəhər Tumbul kənd Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Tumbul kənd Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin inzibati binasında saat 16:00-da başlayacaq qəbula dair əlavə məlumat almaq istəyənlər Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət edə bilərlər.
Məlumat və əlaqə üçün: 545-01-71