Növbəti köç karvanı Şuşaya çatıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB
Şuşaya növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına çatıblar.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, oktyabrın 8-də Bakının Qaradağ rayonundan yola salınan köç karvanında yer alan 60 nəfərdən ibarət 16 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər.
Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 220 ailə (823 nəfər) mənzillə təmin edilib.