Naxçıvanlı gənclər ilk dəfə danışa bilən robot hazırladılar -

Naxçıvanlı gənclər ilk dəfə danışa bilən robot hazırladılar - VİDEO, REPORTAJ

29 Yanvar 2025

Naxçıvanda innovativ texnologiyalar sahəsində mühüm bir yeniliyə imza atılıb.

Yerli gənclər ölkədə ilk dəfə süni intellekt inteqrasiyalı danışa bilən robot hazırlayıblar. Yeni hazırlanan robot süni intellekt alqoritmləri və nitq tanıma texnologiyaları əsasında proqramlaşdırılıb.

O, insanlarla səlis ünsiyyət qura, suallara cavab verə və müəyyən mövzularda məlumat verə bilir. Robot həmçinin Naxçıvanın tarixi, mədəniyyəti və müasir inkişafı haqqında geniş informasiyalar təqdim edə bilər.

"Markus"u hazırlayan 16 yaşlı məktəblilər intellektual bilikləri ilə seçilirlər. Onlar həm də öz yaşıdlarına təmənnasız robotexnologiya dərsləri də keçirlər.

Daha ətraflı: "NAXÇIVANXƏBƏRLƏRİ"-nin reportajında: