Naxçıvanın "Yaşıl enerji" Konsepsiyasının hazırlanması istiqamətində görüş keçirilib -

Naxçıvanın "Yaşıl enerji" Konsepsiyasının hazırlanması istiqamətində görüş keçirilib - FOTO

30 Oktyabr 2024

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda dövlət-özəl tərəfdaşlığı ilə alternativ və bərpaolunan enerji mənbələrinin yaradılması, Naxçıvanın "Yaşıl enerji" Konsepsiyasının və Tədbirlər Planının hazırlanması nəzərdə tutulmuşdur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu məqsədlə Azərbaycan Respublikası Energetika Nazirliyi və "Boston Consulting Group International INC” (BCG) şirkəti arasında Naxçıvanın "Yaşıl enerji" Konsepsiyası və Tədbirlər Planının hazırlanmasına dair imzalanmış müqaviləyə əsasən BCG nümayəndə heyəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində görüş keçirilib.

Görüşdə layihə çərçivəsində Şərtlər toplusunda nəzərdə tutulan tapşırıqların icrası istiqamətində ilkin müzakirələr aparılıb.

BCG layihə qrupu Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismar sahəsindəki elektrik stansiyalarına və sistem əhəmiyyətli yarımstansiyalara dörd gün ərzində baxış keçirəcək, hesabatlar hazırlayacaq.