
Naxçıvan şəhərində 1460 mənzildən ibarət 47 binanın layihəsi razılaşdırılıb və tikinti icazəsi verilib
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvan şəhərinin yeni baş planı hazırlanır. Bu prosesə Böyük Britaniyanın məşhur “Chapman Taylor” şəhərsalma şirkəti cəlb olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Vəsilə Allahverdiyeva məlumat verib.
O qeyd edib ki, şirkət Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əməkdaşlıq çərçivəsində şəhərin funksional zonalaşdırılması, nəqliyyat infrastrukturu, ətraf mühitin qorunması və çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı planlar hazırlayıb. Artıq bu məqsədlə 10,3 hektar sahədə 1460 mənzildən ibarət 47 binanın layihəsi razılaşdırılıb və tikinti icazəsi verilib.