Naxçıvanda sentyabrın son gününə olan hava proqnozu

Naxçıvanda sentyabrın son gününə olan hava proqnozu

30 Sentyabr 2024

Naxçıvan Muxtar Respublikasında sentyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhəri və muxtar respublikanın digər bölgələrində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Ordubad və Şahbuz rayonunda hava şəraitinin dumanlı olacağı gözlənilir. Saniyədə 10-15 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 22-27° isti olacağı ehtimal olunur.