Naxçıvanda mərkəzləşdirilmiş müsabiqə ilə 150 namizəd müəllim olub

Naxçıvanda mərkəzləşdirilmiş müsabiqə ilə 150 namizəd müəllim olub

16 Sentyabr 2024

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq bu il ilk dəfə olaraq  ölkə üzrə muxtar respublikada mərkəzləşmiş qaydada keçirilən müəllimlərin  işə qəbulu müsabiqəsi yekunlaşıb.  

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki,  cari ilin 2-10 iyul tarixlərində müsabiqənin test mərhələsi keçirilmişdir.  Hər bir namizədə bərabər imkanlar yaradılmaqla keçirilən test mərhələsinə 1667 namizəd dəvət olunmuş, onlardan 1341-i (80.4 faizi) imtahanda iştirak etmişdir. Müsabiqənin test mərhələsində uğur qazanan 145 namizədə ümumtəhsil məktəblərindən və peşə təhsil müəssisələrindən 527 vakant yer təklif olunmuşdur.4-17 avqust tarixlərində keçirilən  müsahibə mərhələsində  iştirak edən 133 namizədin hər biri müəllim adını qazanmışdır.

Məlumat üçün bildirək ki, hazırda  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən  ümumtəhsil müəssisələrində tutulmayan vakant vəzifələrə müəllimlərin işə qəbul müsabiqəsinin test mərhələsində uğur qazanan namizədlər üçün müddətli müqavilə əsasında müəllim vəzifəsinə işə qəbul prosesi aparılır. Bu günə kimin 17 namizədlə müqavilə bağlanılıb və bu proses tədris ili ərzində davam etdiriləcək.