Naxçıvanda əhalinin içməli su təminatı üçün bu işlər görülüb
Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Şərur rayonunda 0,66 km, Babək rayonunda 1,49 km, Şahbuz rayonunda 0,22 km, Culfa rayonunda 0,02 km, Ordubad rayonunda 1,71 km içməli su xətləri çəkilmiş, Şərur rayonunda 0,68 km, Babək rayonunda 2,94 km, Şahbuz rayonunda 0,56 km, Culfa rayonunda 3,02 km, Ordubad rayonunda 10,2 km, Kəngərli rayonunda isə 0,59 km mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır.
"NAXÇIVANXƏBƏRLƏRİ" -nə bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev bildirib.
O qeyd edib ki, bundan əlavə, içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonunda Qahab kənd kaptajından Naxışnərgiz kəndində yerləşən subartezian quyusunun supaylayıcı qurğusuna 750 m uzunluğunda sugətirici boru, Zeynəddin kəndində mövcud olan subartezian quyusundan məktəbə 400 m uzunluğunda suaparıcı boru, Çeşməbasar kəndində 3288 m ana boru, 3000 m paylayıcı boru, Güznüt kəndində 2650 m paylayıcı boru, Qaraqala kəndi üçün yeni qazılmış subartezian quyusundan 2450 m uzunluğunda suaparıcı boru, adıçəkilən kəndlərdə yerləşən mövcud subartezian quyularından Məmmədsabir kəndinə 370 m uzunluğunda suaparıcı boru, Kalbaoruc kəndinə 100 m uzunluğunda suaparıcı boru, Culfa rayonunun Dizə kəndində yeni tikilmiş subartezian quyusundan 2395 m suaparıcı boru, Bənəniyar kəndində 1200 m suaparıcı boru, Şahbuz rayonunda “Cin dağı” adlanan ərazidə rayon mərkəzi və ətraf kəndlərini içməli su ilə təmin etmək məqsədilə yeni tikilən kaptajdan 1400 m uzunluğunda yeni suaparıcı boru, Ordubad rayonunun Dəstə kəndində yeni tikilmiş kaptajdan 1200 m, Gilənçay hövzəsində yeni tikilmiş kaptajdan Sabirkəndə 3200 m, Gilənçay hövzəsində yeni tikilmiş kaptajdan Baş Dizə kəndinə 300 m uzunluğunda sugətirici boru, Düylün kəndinə isə yeni qazılmış subartezian quyusundan 500 m uzunluğunda yeni suaparıcı boru xətti çəkilmişdir.