Naxçıvan Dövlət Universitetində ağacəkmə aksiyası keçirilib -

Naxçıvan Dövlət Universitetində ağacəkmə aksiyası keçirilib - FOTO

08 Aprel 2025

Naxçıvan Dövlət Universitetinin ərazisində ekoloji mühitin sağlamlaşdırılması məqsədilə ağacəkmə aksiyası təşkil olunub. Aksiyada universitetin rektoru Elbrus İsayev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, Azərbaycan Dövlət İqtisad Universiteti  “Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamenti”nin direktoru Zahid Məmmədov, azərbaycanlı alim, ixtiraçı, elektronika mühəndisi Xəlil Kələntər və universitetin prorektorları, rektor müşavirləri, bütün fakültələrin dekanları, iştirak ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aksiya çərçivəsində 50 ədəd “Xan çinar” ağacı əkilib.

Qeyd edək ki, hər bir əkilən ağac üçün xüsusi QR kod yaradılacaq və bu kod vasitəsilə aksiyanın gedişatını əks etdirən video görüntülərə baxmaq mümkün olacaq.