Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, toplantıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edib.
Nazirər əvvəlcə məhdud tərkibdə, sonra isə plenar iclasda görüşüblər.
XİN başçıları Rusiyanın 2024-cü ildə sədrliyinin prioritetlərinin həyata keçirilməsi kontekstində birgə fəaliyyətin yekunlarını, MDB-də çoxşaxəli əməkdaşlığın inkişaf perspektivlərini, o cümlədən, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, ənənəvi və yeni çağırışlara, təhdidlərə qarşı mübarizə, mədəni və humanitar əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediliblər.
Görüşdə aktual beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparılıb, 2025-ci il üçün nazirliklər arasında çoxsəviyyəli məsləhətləşmələr planı, Gənclərin Beynəlxalq Əməkdaşlıq Strategiyasının həyata keçirilməsinə dair 2025-2026-cı illər üçün fəaliyyət planı və Aşqabad şəhərinin MDB-nin yeni İdman İmkanları Şəhəri elan edilməsinə dair 2024-2025-ci illər üçün fəaliyyət planı təsdiqlənib.
Bundan əlavə, iclasda vəkillik, media və könüllülük hərəkatının inkişafı sahələrində dörd yeni baza təşkilatının yaradılması ilə bağlı qərarlar qəbul olunub.
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2025-ci il aprelin 11-də Qazaxıstanda keçirilməsi barədə qərar qəbul edilib.