MM Azərbaycanla Moldova arasında readmissiya haqqında sazişi ratifikasiya edib

MM Azərbaycanla Moldova arasında readmissiya haqqında sazişi ratifikasiya edib

08 Oktyabr 2024

Milli Məclis Azərbaycanla Moldova arasında readmissiya haqqında sazişi təsdiqləyib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.