Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb -

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb - FOTO

08 Oktyabr 2024

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, oktyabr ayının 6-da DSX-nin Sahil Mühafizəsinin bölmələri və Dövlət Sərhədinin Mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayonunun Niyazabad kəndində yerləşən sahil nəzarəti bölməsinin xidməti ərazisində ümumi çəkisi 205 kiloqram 135 qram müxtəlif çeşidli narkotik vasitə və 13 min 110 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar edilərək götürülüb.

Narkotik vasitələrin ölkə ərazisinə gətirilməsində şübhəli bilinən 3 nəfər Azərbaycan Respublikası vətəndaşı sahilboyu ərazidə saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.