Könüllülərin intellekt yarışında mükafatçılar bəlli olub - FOTO
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 5 Dekabr – Beynəlxalq Könüllülər Günü ilə bağlı hazırladığı “Könüllülər həftəsi” proqramı çərçivəsində daha bir tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dekabrın 4-ü nazirliyin binasında “Vətəni tanı!” İntellektual Oyunu təşkil olunub. Yarışmada 18 könüllü iştirak edib. Oyunun qaydalarına əsasən iştirakçılar pazl şəklindəki inzibati ərazi vahidlərini xəritə üzərində öz yerinə yerləşdirməli olub. Nəticələr vahid Azərbaycan xəritəsinin tamamlanması üçün sərf olunan vaxt əsasında hesablanıb. Bu missiyanı digər iştirakçılardan daha tez yerinə yetirən Nihad Abbasov birinci olub. Şahin Hacıyev və Taleh Hüseynli yarışı müvafiq olaraq ikinci, üçüncü sıralarda tamamlayıblar.
Qeyd edək ki, adıçəkilən gənclər “Könüllülər həftəsi”nin dekabrın 5-də keçiriləcək yekun tədbirində mükafatlandırılacaqlar.