Kəlbəcərdə beş turizm və rekreasiya zonası yaradılacaq

Kəlbəcərdə beş turizm və rekreasiya zonası yaradılacaq

08 Oktyabr 2024

Kəlbəcərdə beş turizm və rekreasiya zonası yaradılacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bugünkü iclasında “Turizm haqqında” qanuna təklif olunan turizm və rekreasiya zonalarının ərazilərində qadağan edilən hallarla bağlı danışarkən deyib.

Deputat Aydın Mirzəzadə turizm və rekreasiya zonalarında fəaliyyət göstərən obyektlərin qanuna dəyişiklikdən sonra aqibətinə aydınlıq gətirilməsini istəyib.

Komitə sədri isə deputata cavabında bildirib ki, bu günədək dəyişiklik təklif olunan turizm və rekreasiya zonalarında heç bir obyekt fəaliyyət göstərməyib: “Bugünkü dəyişiklik layihəsi də bundan sonra heç bir fəaliyyətin olmaması məqsədilə təklif olunur”.