İsrailin Azərbaycandakı səfirliyində anım günü ilə əlaqədar bayraq yarıya endirilib

İsrailin Azərbaycandakı səfirliyində anım günü ilə əlaqədar bayraq yarıya endirilib

07 Oktyabr 2024

İsrailin Azərbaycandakı səfirliyində anım günü ilə əlaqədar bayraq yarıya endirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə İsrail səfiri Corc Dik "X" səhifəsindəki paylaşımında bildirib.

"HƏMAS"ın 7 oktyabr hücumunun ildönümü ilə əlaqədar İsrailin Azərbaycandakı səfirliyində anım mərasimi keçirilib. biz Bakıdakı səfirlikdə bayrağımızı yarıya endirdik və 7 oktyabr qırğını qurbanlarını emosional xatirə mərasimi ilə yad etdik. Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri, səfirlər və yəhudi icmasının liderləri bizə qoşuldular”, - səfir qeyd edib.