İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib

İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib

18 Aprel 2025

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğluya başsağlığı məktubu göndərib.

"NAXÇIVANXƏBƏRLƏRİ" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Çavuşoğlu.

Ailənizə üz vermiş ağır itki – atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu üzüntülü anlarda dərdinizə şərik çıxır, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.

Allah rəhmət eləsin!".