Fuad Nəcəfli mədəniyyət naziri Adil Kərimli ilə görüşüb
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə görüşüb.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, görüşdə muxtar respublika ərazisində tarixi-memarlıq abidələrinin qorunması ilə bağlı səylərin birləşdirilməsi, abidələrin daha peşəkar şirkətlər tərəfindən bərpasının təmin edilməsi üçün ümumi tender prosedurlarının nəzərdən keçirilməsi məsələləri müzakirə olunub. Qeyd olunub ki, bərpa işlərinə peşəkar şirkətlərin cəlb olunmas prosesin daha etibarlı və uyğun şəkildə aparılmasına şərait yaradar.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan şəhərində yaradılması nəzərdə tutulan "Naxçıvanın 7 incisi" turizm kompleksi, Ordubad rayonu əraizisindəki Xarabagilanın bərpası və Ordubadın tarixi abidələri ilə bağlı məsələlər müzakirə olunub. Bu istiqamətdə birgə addımların atılması barədə fikir mübadiləsi aparılıb