
FHN Qarabağ Universitetində nümunəvi dərs keçib
Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağ Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, FHN-in Qarabağ Regional Mərkəzi tərəfindən keçirilən dərsin məqsədi müəllim və tələbələrin mülki müdafiə və fövqəladə hallarla bağlı davranış qaydaları barədə biliklərinin artırılmasına, təhsil müəssisəsində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Dərsdə Qarabağ Regional Mərkəzinin əməkdaşları, universitetin müəllim və tələbələri iştirak ediblər.
Nümunəvi dərsdə Nazirliyin əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına geniş məlumat verilib, mövzuya aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.