Energetika Xidmətində 17 müəssisənin iştirakı ilə COP29-a həsr olunan infosessiya keçirilib -

Energetika Xidmətində 17 müəssisənin iştirakı ilə COP29-a həsr olunan infosessiya keçirilib - FOTO

07 Oktyabr 2024

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində COP29-a hazırlıq çərçivəsində geniş infosessiya təşkil olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Xidmətin əməkdaşları və Xidmətin istismar sahəsində olan 17 müəssisənin rəhbərləri iştirak ediblər.

İnfosessiya zamanı COP29-un əhəmiyyəti və qlobal iqlim dəyişiklikləri mövzusu ətrafında geniş müzakirələr aparılıb.

Energetika Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Məhərrəm Abbasov iqlim dəyişikliyi ilə mübarizə üçün ölkənin strateji planları, bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr, eləcə də gələcək perspektivlər barədə iştirakçılara məlumat verib.

Xidmətin rəis müavini Tural Murtuzəliyev Naxçıvanda energetika sahəsində yaşıl enerji, bərpa olunan enerji mənbələri və karbon emissiyasının azaldılması istiqamətində görülən işlərdən danışıb, iştirakçıların suallarını cavablandırıb.

Həmçinin, iştirakçılar sual-cavab sessiyasında fikir mübadiləsi də aparıblar.

Sonda COP29-dan bəhs edən videolar və Xidmətin "Yaşıl enerji"yə keçidlə bağlı hazırladığı video-çarxlar nümayiş olunub.