“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib -

“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib - VİDEO

29 Aprel 2024

2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-ə Azərbaycan Müdafiə Nazirliyindən bildiirlib.

Hərbi qulluqçular müxtəlif mərhələlərdə “Rahat olmayan vəziyyətdən atış”, “Snayper müdafiədə”, “Snayper hücumda”, "Snayper estafeti” və digər mövzular üzrə çalışmaları yerinə yetiriblər.

Yarışın keçirilməsinin əsas məqsədi hərbi qulluqçuların hazırlıq səviyyəsinin yoxlanılması və Azərbaycan Ordusunda ən yaxşı snayperin müəyyən olunmasıdır.

Mənsurə Hümbətova