
Dövlət qurumlarına aid veb-saytlar yenilənib
Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada dövlət qurumlarına aid veb səhifələrinin dövlət internet şəbəkəsində yerləşdirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhərinin (nakhchivan-ih.gov.az) və Sədərək rayonunun (sederek-ih.gov.az) İcra hakimiyyətlərinin informasiya resursları yenilənərək AzStateNet şəbəkəsinə köçürülüb.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, istifadəçi rahatlığını nəzərə alaraq veb-saytların müxtəlif cihazların ekran ölçülərinə uyğun və innovativ yeniliklər əsasında müasir proqramlaşdırma üsullarından istifadə edilərək hazırlanıb. Həmçinin, internet resursları dizayn, quruluş və məzmun baxımından da istifadəçilər üçün əlçatan olması ilə də fərqlənir.
Yeni hazırlanan internet səhifələrinin domen ünvanları da müvafiq qaydada yenilənməklə domenə bağlı e-poçt adresləri ilə təmin edilib.
Mənsurə Hümbətova