
Bu günə qədər 128 tərbiyəçi-müəllim bağçaya işə qəbul olunub
Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin bu günə qədər olan statistik göstəriciləri açıqlanıb.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, İnsan Resursları Mərkəzindən bildirilib ki, müsabiqədə 128 namizəd test imtahanı və müsahibə nəticələrində uğur qazanıb.
Həmin şəxslər faktiki yaşayış yeri üzrə yerlərə yerləşdirilib.