Azərbaycanda bəzi mühəndis-kommunikasiya obyektlərinin də istismarına icazə xüsusi qaydada veriləcək -

Azərbaycanda bəzi mühəndis-kommunikasiya obyektlərinin də istismarına icazə xüsusi qaydada veriləcək - FƏRMAN

29 Dekabr 2024

Prezident İlham Əliyev “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli fərmanında dəyişiklik edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binalarla yanaşı, nəqliyyat, rabitə, energetika və digər mühəndis-kommunikasiya obyektlərinin də istismarına icazə verilməsi xüsusi qaydada həyata keçiriləcək.