Azərbaycanda 117 min uşaq məktəbəqədər təhsilə cəlb edilib
Azərbaycanda 117 min uşaq məktəbəqədər təhsilə cəlb edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin hesabatında bildirilib.
Qeyd edilib ki, ölkədə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi hazırda 35.7 faiz təşkil edir. Bu göstəricinin 50 faizə çatdırılması hədəflənir.
Bundan əlavə, 2023-2024-cü tədris ilində yeni tikilən 14 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib.
Bu il ərzində 5 məktəbəqədər təhsil müəssisəsi isə əsaslı təmir olunub. Hazırda ölkə ərazisində 1676 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.