Azərbaycan iyunda mobil internetin sürətinə görə 10 pillə irəliləyib

Azərbaycan iyunda mobil internetin sürətinə görə 10 pillə irəliləyib

16 İyul 2024

Bu ilin iyun ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 159 ölkə arasında əvvəlki aya nisbətən 5 pillə irəliləyərək 39,87 MB/S sürətlə 113-cü yerdə qərarlaşıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bu, bir il əvvəlki göstərici (29,47 MB/S) ilə müqayisədə 35,3 % artım deməkdir.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (285,02 MB/S), axırıncı yeri isə Kuba (2,79 MB/S) tutub.

Azərbaycan mobil internetin sürətinə görə may ayına nisbətən iyunda 10 pillə irəliləyərək 52,63 MB/S sürətlə 108 ölkə arasında 49-cu olub.

Mobil internetin sürətinə görə birinci yeri Qətər (334,63 MB/S), sonuncu yeri isə Kuba (4,02 MB/S) tutub.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən pillə irəliləyərək 202 şəhər arasında 41,17 MB/S sürətlə 135-ci yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (310,49 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (1,87 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı iyunda mobil internetin sürətinə görə 63,92 MB/S sürətlə əvvəlki aya nisbətən 6 pillə irəliləyərək 161 şəhər arasında 70-ci yerdə qərarlaşıb.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (419,35 MB/S), sonuncu yeri Havana (4,47 MB/S) tutub.