Ali Məclisin Humanitar siyasət komitəsinin iclası keçirilib

Ali Məclisin Humanitar siyasət komitəsinin iclası keçirilib

30 Yanvar 2025

Yanvarın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar siyasət komitəsinin iclası keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, komitə sədri Ülkər Bayramova iclasda Ali Məclisin 2024-cü ilin payız sessiyası dövründə rəhbərlik etdiyi komitədə görülən işlər barədə hesabatla çıxış edib. Eyni zamanda yaz sessiyasında görüləcək işlər müzakirə olunub, Ali Məclisin qanunvericilik işləri planına dair təkliflər irəli sürülüb.

Sonda məsələ ilə əlaqədar komitə üzvlərinin çıxışları dinlənilib.