SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qanunlarda olan dəyişikliklər muxtar respublikada mikro və kiçik sahibkarlığın inkişafina səbəb olacaq

Qanunlarda olan dəyişikliklər muxtar respublikada mikro və kiçik sahibkarlığın inkişafina səbəb olacaq
23-01-2019, 10:20

Müstəqil Azərbaycanın inkişaf strategiyasında biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir. Dövlət başçısının "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” tezisinə uyğun olaraq bu istiqamətdə sistemli və ardıcıl tədbirlər həyata keçirilmiş, qanunvericilik bazası təkmilləşdirilmiş, inzibati prosedurlar sadələşdirilmiş, vergi yükü azaldılmış, sahibkarlığa sistemli dövlət dəstəyi tədbirləri həyata keçirilmişdir.
2019-cu ildən qüvvəyə minən Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda edilmiş dəyişikliklər biznesə başlama prosedurları əsaslı şəkildə sadələşdirilib, vergi qanunvericiliyində xeyli sayda güzəştlər müəyyən edilib, sahibkarlığın və ixracın təşviqinə yönələn tədbirlər reallaşdırılıb. 2019-cu ildə büdcə-vergi siyasətinin əsas prioritetini muzdla çalışanların gəlirləri ilə bağlı islahatın həyata keçirilməsi təşkil edir. Bu islahatın əsasını neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işdən aylıq gəlir vergisinə güzəştin müəyyən edilməsi və məcburi dövlət sosial sığorta haqqları üzrə yükün işəgötürən və işçi üzərinə düşən nisbətlərin tənzimlənməsi təşkil edir. Belə ki, aparılacaq islahat nəticəsində ilk növbədə ödəyicilərin əhəmiyyətli hissəsinin vergi və məcburi dövlət sosial sığorta haqqları ödənişləri üzrə ümumi yükünün azladılması, qeyri-rəsmi məşğulluğun azaldılmasına yönəldilən tədbirlərin tətbiqi hədəflənir.

Qanunlarda olan dəyişikliklər muxtar respublikada mikro və kiçik sahibkarlığın inkişafina səbəb olacaq

















Muxtar respublikada aparılan məqsədyönlü sosial-iqtisadi islahatlar beynəlxalq reytinq agentliklərin araşdırmalarında addım-addım yüksələrək yerimizi tutmağımız ilə nəticələnir. Belə ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club”ın 2017-ci il üçün ölkənin iqtisadi regionları arasında 18 parametr üzrə hazırladığı investisiya reytinqinin qalibi olub. 2019-cu ildə vergi sistemində köklü islahatların həyata keçirilməsi nəzərdə tutulur. Bu islahatların aparılması muxtar respublikada sahibkarlıq fəaliyyətinin daha da inkişaf etdirilməsinə, investisiya qoyuluşlarının yüksəlməsinə stimul yaradacaq. 2018-ci ildə muxtar respublikada sahibkarlara 13 milyon 790 min 800 manat kreditlər verilmişdir. Bu kreditlərdən 5 milyon 736 min 400 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 8 milyon 54 min 400 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Bu dövrdə 30 hüquqi və 2320 fiziki şəxs qeydiyyata alınmışdır.
2018-ci ildə Naxçıvan şəhərində 6-cı Beynəlxalq “Caspian Energy Forumu”nun keçirilməsi muxtar respublikanın sahibkarlıq subyektlərinin tanıdılması və əlaqələrinin genişləndirilməsi baxımından çox əhəmiyyətli olmuşdur.
Bu gün muxtar respublikada sahibkarlar və iş adamları üçün əlverişli biznes mühitinin yaradılması məqsədilə mütəmadi olaraq vergi sistemində mütərəqqi islahatlar aparılır, məhsul istehsalçıları, xüsusilə aqrar sektorda çalışanlar üçün vergi güzəştləri tətbiq olunur. Vergi Məcəlləsində cari il yanvar ayının 1-indən qüvvəyə minən dəyişikliklər vergi yükünün əhəmiyyətli dərəcədə aşağı salınmasına, sahibkarlıq subyektlərinin sərəncamında daha çox sərbəst vəsaitin qalmasına xidmət edir.Qanunlarda olan dəyişikliklər muxtar respublikada mikro və kiçik sahibkarlığın inkişafina səbəb olacaq


















Sahibkarlığın inkişafı sahəsində normativ-hüquqi bazasının təkmilləşdirilməsi mühüm amillərdən biridir. Nazirlər Kabineti “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi qaydalarını təsdiq edib.
“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli 1816 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmişdir. Mikro sahibkarlar işçilərin sayı 1-10 olan illik gəliri 200 min manatı aşmayan, kiçik sahibkar işçilərin sayı 11-50-yə çatan illik gəliri isə 200 min manat 3000 min manat arasında olan, orta sahibkarlar isə işi sayı 51-250 nəfər işçi sayı olan və illik gəliri 3000 – 30 000 min manat arasında olan, iri sahibkarlar isə 251 və daha çox işçi sayı olan, illik gəliri isə 30 000 min manatdan çox olan sahibkarlıq subyektlərinə deyilir.
Artıq mikrosahibkarlar, Naxçıvan şəhərində çalışan bərbələr 15 manat, ofisiantlar 10 manat, dərzilər isə 10 manat standart vergi ödəyəcək. Naxçıvan şəhəri üzrə 1 əmsal, digər rayon və kəndlər üzrə 0,5 əmsal. Yəni ki, rayonlarda və kəndlərdə işləyən bərbərlər aylıq 7,5 manat ödəməklə rahat şəkildə işlərin görə biləcəklər. Bu öz növbəsində mikrosahibkarların işinin daha asanlaşdırmağa, lazımsız bürokratik məqamlara daha az vaxt sərf etməyə kömək edəcək, bu isə öz növbəsində regionda sahibkarlığın inkişafına səbəb olacaqdır.
2018-ci il dekabrın 27-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları” ili elan olunmuşdur. Bildiyimiz kimi uzun müddət aqrar region kimi tanınan muxtar respublikamız illərin təcrübəsini özündə birləşdirən zəngin təcrübəyə malikdir, burada innovativ iqtisadi texnologiyanın istifadəsi yolu ilə məhsulldarlığın artırılması, əhalinin rifah halının yaxşılaşdırılmasına nail olmaq olar. Son dövrlərdə dövlət tərəfindən bu fəaliyyət sahəsinin təşviqi ilə bağlı atılan addımlar muxtar respublikada ailə təsərrüfatlarının sayının artmasına imkan vermişdir. Ailə təsərrüfatları isə mikro sahibkarlıq subyektinə, gələcəkdə isə iri sahibkarlıq subyektinə çevirilə bilər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamında qeyd edilmişdir ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” regionda iqtisadi strategiyanın hazırlanması prosesi üçün faydalı olan addımlardan biri hesab oluna bilər. Bu baxımdan, regionda inzibati prosedurlar sadələşdirilməsi, vergi yükü azaldılması sahibkarlığa sistemli dövlət dəstəyi tədbirləri həyata keçirtməklə, sözügedən dövlət proqramına uygun olaraq məşğulluğun artmasına səbəb olacaq.

Qanunlarda olan dəyişikliklər muxtar respublikada mikro və kiçik sahibkarlığın inkişafina səbəb olacaqSevinc Cabbarova
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, i.ü.f.d.

Sevinc Cabbarova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30