SON DƏQİQƏ

naxcivanxeberleri.com

17 milyon qaçqın uşağın gözləri ilə baxmayımmı dünyaya?-Nərgiz İsmayılova yazır...

17 milyon qaçqın uşağın gözləri ilə baxmayımmı dünyaya?-Nərgiz İsmayılova yazır...
9-09-2019, 10:31

Artıq ruhumda xoşbəxt deyil uşaqlar...
Boşluqlar böyüdükcə...
Ağrılarım qış gecələri kimi uzanır...
Bir Çernobil səssizliyi hökm sürərkən könlümdə...
Nədir bu Xocalı fəryadları, Arakan imdadları beynimdə?
Sən məni Şərqi Türküstan kimi görməzdən gəldikcə, əzizim....
Sığallamağa çalışır saçlarımı Yamunadan daha üfünətli əllər.
Sonra sən bir metoroit laqeydliyi ilə uzaqlaşırsan məndən...
Bütün yer üzü bunun üçün dua edir...
Mən xaric...
Fərqindəsənmi?
Hələ də bu dünyada gülüş günü kimi qeyd olunur bütün 1 aprellər..
250 milyon uşağı ac saxlayan dünyanın Uşaq bayramı kimisən…
Səmimi gəlmir gülüşlərin …Amma sən yenə də, gülürsən...
Bütün dünyanın mərkəzi sənsəmi yoxsa?
Bir pilotu təbrik edər kimi, niyə hamı səni təbrik edir?
Bəs dispetçer?
Bir sual fırlanır uşaqlığımdan beynimdə...
Heyli necə qıydı Qvenə ?
Niyə hamını sevindirir dümdüz anlayışlar.
Bu Evklid xəstəliyidirmi?
Hamı niyə qorxur oriqami sevdalardan?
Sən saraylarından baxarkən dünyaya.
Mənim var olmamış dünyam dığırlanır Andersonun nağıllarına.
Ömrümün uzunluğuna ikrahla gülür bütün kəpənəklər.
Hətta Sinober ləqəbli balaca Saxes də...
Eşidirəm dişlərinin dibindəki qızarmış hörümçəklərin çığırtılarını...
Daha inanmıram mənə danışdığın nağıllarına.
Düyməciyə də...
Sən uzaqlıqlarla sınadıqca məni,
Kofe dadında antidepresan təsirli gülüşlər yağır dünyama...
Bu gün ruhumda doğmur günəşlər.
Hamı toxunmaq istəyərkən yaralarıma.
Bəs niyə mən belə xoşbəxtəm xarabalıqlarımda?
Bu səni qəzəbləndirirmi əzizim?
17 milyon qaçqın uşağın gözləri ilə baxmayımmı dünyaya?...
Amma mən bilirəm, bütün bu çatışmazlıqlara səbəb sən deyilsən, hamısı kəskin istilərdəndir.

Nərgiz İSMAYILOVA

Nərgiz İsmayılova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30