SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan və Əlcəzair arasında neft və qaz sahəsində Anlaşma Memorandumu təsdiqlənib-FƏRMAN

Azərbaycan və Əlcəzair arasında neft və qaz sahəsində Anlaşma Memorandumu təsdiqlənib-FƏRMAN
1-02-2023, 18:05

“Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Anlaşma Memorandumu 2022-ci il noyabrın 29-da Əlcəzair şəhərində imzalanıb.

Fərmana görə, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycanın Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Əlcəzair Xalq Demokratik Respublikası Hökumətinə bildiriş göndəriləcək.

Xatırladaq ki, bu sənəd quruda və dənizdə karbohidrogenlərin tədqiqi və istehsalı, karbohidrogen layihələrinin, neft-kimya sənayesinin inkişafı, enerji məhsullarının marketinqi, nəqliyyatı və paylanılması üzrə əməkdaşlığı nəzərdə tutur, eləcə də "Azeri Light" və digər xam neft növlərinin tədarükü, “yaşıl enerji” (hidrogen) istehsalı layihələrinin tətbiqi və hidrogenin daşınmasına dair araşdırmalar aparılması, neft-qaz sektoru üzrə tənzimləyici, idarəetmə müəssisələrinin təşkili və yaradılması, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi istiqamətləri üzrə fəaliyyəti əhatə edir. Memorandumdan irəli gələn məsələlərin icrası üçün Birgə İşçi Qrupunun yaradılması planlaşdırılır.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031