14:25 - Ekspert: “Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığı daha da səmərəli edəcək”
14:22 - XİN: "Ermənistan qüvvələrini tam olaraq Azərbaycan ərazisindən çıxarmalıdır"
14:20 - Rəsmi Bakı: "Azərbaycan heç zaman mülki əhalini hədəf almayıb"
14:15 - İshak Hersoq: “İsrail Azərbaycanla münasibətlərin inkişafına önəm verir”
14:10 - Azərbaycan XİN başçısı İsrail Prezidentini Ermənistanın təxribatları barədə məlumatlandırıb
14:07 - Azərbaycan XİN Nikol Paşinyana cavab verib
13:50 - Ceyhun Bayramov İsrail Prezidentinə təşəkkür edib-FOTO
13:45 - Ariel Kohen: “Azərbaycan səfirliyinin açılması İsrail ilə əməkdaşlıqda mühüm mərhələdir”
13:35 - İlahi eşq sonsuzluğa səfərdir
13:31 - Sabah Bakıda intensiv yağış, rayonlarda qar yağacaq
13:25 - Ermənistanda müharibədə övladları ölən valideynlərin Paşinyanın əleyhinə müracətlərinə baxılır
Azərbaycanda trisikl və kvadrisiklləri idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
Azərbaycanda trisikl və kvadrisikllər dövlət qeydiyyatına alınacaq və idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliklə konstruktiv maksimal sürəti saatda 50 kilometrdən çox olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyat nişanı ilə təmin edilməsi tələbi müəyyənləşdirilib.
Trisikl işçi həcmi 50 kub santimetrdən çox olan daxiliyanma mühərriki ilə hərəkətə gətirilən və ya mühərrikinin tipindən asılı olmayaraq, maksimal konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olan və orta uzununa müstəviyə nəzərən simmetrik yerləşən üçtəkərli mexaniki nəqliyyat vasitəsidir.
Kvadrisikl yüksüz vəziyyətdə kütləsi 400 kiloqramdan (yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələri üçün 550 kiloqramdan) çox olmayan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumulyatorların kütləsi nəzərə alınmır) və maksimal effektiv gücü 15 kVt-dan çox olmayan mühərrikli dördtəkərli mexaniki nəqliyyat vasitəsidir.
Dəyişikliklə sürəti 50 km/saat-dan çox olan nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və sürücülük vəsiqəsi tələb olunmasına dair qərar 6 aydan sonra qüvvəyə minəcək.