SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanla Rusiya taunun sərhədyanı təbii ocaqları olan ərazilərdə epidemioloji vəziyyətə birgə nəzarət edəcək-FƏRMAN

Azərbaycanla Rusiya taunun sərhədyanı təbii ocaqları olan ərazilərdə epidemioloji vəziyyətə birgə nəzarət edəcək-FƏRMAN
24-01-2023, 18:29

Azərbaycanla Rusiya taunun sərhədyanı təbii ocaqları olan ərazilərdə epidemioloji vəziyyətə birgə nəzarət edəcək.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, 2022-ci il noyabrın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında taunun sərhədyanı təbii ocaqları olan ərazilərdə epidemioloji salamatlığın təmin olunması haqqında Saziş” təsdiq edilib.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərməlidir.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ocak 2023    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031