00:00 - Günün qoroskopu - 28.01.2023
23:45 - Azərbaycan İsrailə başsağlığı verib
23:38 - Rusiya sülhməramlılarına aid daha 13 avtomobil Laçın yolundan keçib
23:27 - İsveç XİN: "Azərbaycanın Tehrandakı səfirliyinə edilən qəddar hücumu pisləyirik"
23:22 - Qoşulmama Hərəkatının Gənclər Təşkilatı səfirliyimizə hücumu pisləyib
23:18 - Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib
23:14 - Ukrayna MN Rusiya komandanlığının öz hərbçilərinin meyitini yandırdığını açıqlayıb
23:09 - İƏT Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib
23:05 - ABŞ Dövlət Departamenti Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu kəskin qınayıb
23:00 - Yaşar Əliyev BMT TŞ-nin müzakirələrində işğal altındakı 8 kəndi gündəmə gətirib
22:55 - Qərbi Azərbaycan İcması ölkəmizin İrandakı səfirliyinə silahlı hücumu pisləyib
22:44 - Zelenski “tank koalisiyası”na qoşulan ölkələrin sayını açıqlayıb
22:33 - Ukrayna, Türkiyə və Rusiya ombudsmanlarının videogörüşü olub
22:26 - Rumıniya XİN: "Azərbaycan səfirliyinə silahlı hücum edənlər məsuliyyətə cəlb edilməlidir"
22:22 - Dövlət Departamenti: “ABŞ Azərbaycan-Ermənistan sülh danışıqlarına sadiqdir”
Təhsil müəssisələrində azı 25 il işləmiş şəxslərə verilən Prezident təqaüdünün aylıq məbləği müəyyənləşib-FƏRMAN
Təhsil müəssisələrində azı 25 il işləmiş şəxslərə verilən Prezident təqaüdünün aylıq məbləği müəyyənləşib.
NAXCİVANXEBERLERİ.COM məlumat görə, bununla bağlı Prezident İlham Əliyev Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmanla 2023-cü il yanvarın 1-dən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən edilib.