SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda təbiətə qayğı göstərilir

Naxçıvanda təbiətə qayğı göstərilir
1-06-2019, 16:34

Ekoloji təhlükəsizliyin təmin olunmasında yaşıllıqların artırılması və qorunub saxlanılması mühüm əhəmiyyət daşıyır. Torpaq, yurd sevgisinin, ətraf mühitə və təbii sərvətlərə qayğının daha bir ifadəsi olan bu tədbirlər hər il muxtar respublikada davam etdirilir. Bu ilin yaz əkin mövsümündə də muxtar respublika ərazisində 317 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, yeni meyvə bağları salınıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, iyunun 1-də Naxçıvan Muxtar Respublikasında iməciliklər keçirilib, yaşıllıq zolaqları və meyvə bağlarına aqrotexniki qulluq göstərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivləri Uzunoba Su Anbarının ətrafında terras üsulu ilə salınmış meyvə bağında keçirilən iməcilikdə iştirak ediblər. 3,6 hektarlıq meyvə bağında 2 mindən artıq ərik, badam, ceviz və tut ağacı, eləcə də 1300 üzüm kolu var. Lazımi aqrotexniki qulluq göstərilməsinin nəticəsidir ki, artıq ağaclar məhsul verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə bağlarına qulluğun davam etdirilməsi barədə tapşırıqlar verib.


Naxçıvanda təbiətə qayğı göstərilir
Naxçıvanda təbiətə qayğı göstərilir

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30