SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Elektron kənd təsərrüfatı” informasiya sistemi baytarlıq xidmətini də əhatə edəcək-FƏRMAN

“Elektron kənd təsərrüfatı” informasiya sistemi baytarlıq xidmətini də əhatə edəcək-FƏRMAN
29-09-2022, 14:37

Prezident İlham Əliyev 23 dekabr 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Əsasnamənin “heyvandarlıq və süni mayalanma” altsisteminə “baytarlıq xidmətləri monitorinqi” altsistemi daxil edilib. Onun vasitəsilə xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərini həyata keçirən hüquqi şəxslərin və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin (bundan sonra − baytarlıq subyektləri) qeydiyyatı və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinin elektron qaydada izlənilməsi, habelə onların fəaliyyətinin əlaqələndirilməsi nəzərdə tutulub.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031