SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prezident “Media Reyestrinin aparılması Qaydaları”nı təsdiqləyib-FƏRMAN

Prezident “Media Reyestrinin aparılması Qaydaları”nı təsdiqləyib-FƏRMAN
26-09-2022, 15:40

Prezident İlham Əliyev “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

NAXCİVANXEBERLERİ.COM məlumat  verir ki, sənədə əsasən, Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, Media Reyestrinin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etmək tapşırılıb.

Habelə, Medianın İnkişafı Agentliyi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Media Reyestrinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Kasım 2022    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930