SON DƏQİQƏ

naxcivanxeberleri.com

İlham Əliyev gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib

İlham Əliyev gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib
5-08-2022, 23:04

Azərbaycan Prezidenti İlham Əliyev son günlər baş verən gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Azərbaycanın dövlət başçısı avqustun 5-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində növbəti dəfə hərbi təxribat törədib və nəticədə hərbi qulluqçumuz həlak olub. Silahlı Qüvvələrimiz tərəfindən zəruri tədbirlər görülməklə bu təxribatın qarşısının alındığını vurğulayan dövlətimizin başçısı baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031