00:05 - Günün qoroskopu-04.07.2022
23:30 - “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başa çatdı
22:50 - Cəbrayıl Avropa çempionu oldu, Ramik bürünc medal qazandı
21:39 - Avstraliya Rusiyadan qızıl idxalına qadağa qoyacaq
20:09 - Naxçıvan şәhәrindә aparılan quruculuq işlәri sürәtlә davam etdirilir
19:36 - Naxçıvan göycәsindә yaşıl zoğların köklәndirilmәsi
18:21 - Cüdoçumuz açıq Avropa turnirinin qızıl medalını qazanıb
17:47 - Zeman Qərb ölkələrini Ukraynaya silah tədarükünə çağırıb
16:41 - Naxçıvan şәhәrindә vә onun kәndlәrindә taxıl biçininә başlanılıb
15:30 - Şoyqu Ukraynanın Luqansk vilayəti üzərində tam nəzarətin əldə olunduğunu elan edib
15:13 - Avstriyalı nazirlər Türkiyəyə səfər edəcək
14:04 - Azərbaycan gimnastı FIG kubokuna layiq görülüb
13:00 - Cənubi Koreyada koronavirusa 10 mindən çox yoluxma qeydə alınıb
12:23 - Bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 525-VIQD nömrəli Qanunun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 692 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1242; 2009, № 2, maddə 66, № 12, maddə 996; 2013, № 9, maddə 1062; 2016, № 5, maddə 853; 2019, № 11, maddə 1722; 2021, № 8, maddə 982) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti haqqında Əsasnamə”nin 10.1-ci bəndində “tibbi-sanitar yardım” sözləri “tibbi-sanitariya yardımı” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 419; 2019, № 5, maddə 847, № 12, maddə 1936; 2020, № 7, maddə 895, № 8, maddə 1036; 2021, № 6 (I kitab), maddə 566) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 2.8.13-cü yarımbəndində “tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə” sözləri “sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 90, № 11, maddə 1719; 2020, № 8, maddə 1039, № 12 (I kitab), maddə 1479; 2021, № 3, maddə 225, № 5, maddə 452, № 6 (I kitab), maddə 572, № 9, maddə 989, № 10, maddə 1103; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 31 may tarixli 1694 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.66-cı və 7.3.25.13-cü yarımbəndlərinin “Tədbirin adı” sütununda “əhalinin sosial müdafiəsi” sözləri “sosial xidmət” sözləri ilə əvəz edilsin.